Rokçu necə İŞİD-çi oldu?

21:57 | 02.09.2014
Rokçu necə İŞİD-çi oldu?

Rokçu necə İŞİD-çi oldu?

İngiltərədə iki uşaq anası Sally Jones adlı 45 yaşındakı qadının Suriyaya gedərək İŞİD-ə qoşulub. 
ANN.Az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, keçmişdə rokla  məşğul olan və kiçik bir qrupda gitarist olaraq konsertlərə gedən Jones, daha sonra İslam dinini qəbul edib. Məlumata görə, internet üzərindən İngiltərə vətəndaşı, cihadçı Cüneyt Hüseynlə tanış olan Jones, uşaqlarını tərk edərək Suriyaya gedib. 
Jonesa aid olduğu düşünülən Umm Hüseyn əl-Britani adlı "Twitter" hesabından "Siz Xristianların hamısı küt bir bıçaqla başınızın kəsilməsini haqq edirsiniz" mesajı paylaşılıb. Jonesin birlikdə olduğu Cüneyt Hüseyn isə amerikalı jurnalist Ceyms Foleyi başını kəsərək öldürdüyü iddia edilən İngiltərə vətəndaşı, 'Beatles' deyə xatırlanan cihatçılardan biridir. 
Xaker olan Hüseyn, 2012-ci ildə İngiltərə baş naziri David Cameronun  köməkçisinin kompüterini xak etdiyi üçün 6 ay həbs cəzası almışdı. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM