Roma papası yəhudilərin siyahısında

09:24 | 30.11.2013
Roma papası yəhudilərin siyahısında

Roma papası yəhudilərin siyahısında

Papa Fransisk  Katolik kilsəsi ilə İsrail arasında münasibətlərin bərpasında göstərdiyi səylərə görə siyahıya daxil edilib

Roma papası və Ancelina Coli ABŞ-ın ilin 50 yəhudisi siyahısına düşüb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Jewish Daily Forward” jurnalı 2013-cü ildə ABŞ-ın yəhudi icmasının inkişafına tövhə vermiş 50 yəhudinin siyahısını tərtib edib. Bu yaxınlarda bu siyahıya Ancelina Coli və Papa Fransisk də daxil olub. 

Jurnalın qaydalarına görə, siyahıya yəhudi olmayan 2 nəfər daxil edilə bilər. Bir şərtlə ki, onlar yəhudi icmasına böyük tövhə vermiş olsunlar.

Roma papası ikinci Dünya Müharibəsi dövründə kilsə arxivlərini açmaq təşəbbüsü və Katolik kilsəsi ilə İsrail arasında münasibətlərin bərpasında göstərdiyi səylərə görə siyahıya daxil edilib. Ancelina Coli isə döş xərçəngi riski olan qadınlara süd vəzilərinin götürelməsini təbliğ etdiyinə görə siyahıya daxil olunub. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb