Roma Papası Ermənistana səfər edəcək

20:30 | 14.06.2016
Roma Papası Ermənistana səfər edəcək

Roma Papası Ermənistana səfər edəcək

Roma Papası Fransisk iyunun 24-də Ermənistana səfər edəcək.

Oxu.Az RİA Novosti agentliyinə istinadən məlumat verir ki, səfər çərçivəsində Papa Fransiskin Ermənistan prezidenti Serj Sarkisyan, bütün ermənilərin katolikosu II Qaregin və digər rəsmi şəxslərlə ilə görüşləri nəzərdə tutulub.

II Qaregin və Papanın birgə bəyannamə imzalayacağı gözlənilir.

Səfər proqramında qondarma "erməni soyqırımı qurbanları”nın xatirə kompleksinə ziyarət planlaşdırılıb.

Səfər iyunun 26-da başa çatacaq.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM