Ronaldo bütün rekordları alt-üst edir

10:49 | 26.09.2014
Ronaldo bütün rekordları alt-üst edir

Ronaldo bütün rekordları alt-üst edir

Real Madridin portuqaliyalı ulduzu Kriştiano Ronaldo vurduğu qolların sayına görə həm klub, həm La Liqanın reytinqində sürətlə irəliləyir. 

ANN.Az-ın verdiyi xəbərə görə,  Ronaldo gözəl oyunu ilə nəinki klubunun, həm də tezliklə La Liqanın tarixində qol sayına görə liderə çevriləcəyi görünür. "Real Madrid"də keçirdiyi 254 rəsmi oyunda 264 qol vuran Ronaldo öz adını "Real Madrid" və La Liqa tarixində ən çox qol vuran oyunçular sırasına salıb.  

Hazırda "Real Madrid" tarixində ən çox qol vurmuş futbolçu olan Raul Qonzalesin 323 qolu var. Ronaldonun Raula çatması üçün daha 59 qol vurması lazımdır. Raul 323 qolu 741 oyunda vurub və hər oyuna ortalama göstəricisi 0.41-dir. Ronaldonun ortalama göstəricisi 1.04-dür. Birinci olmaq üçün Ronaldonun Santillana (290). Di Stefano (307) və Raul Qonzalesi keçməlidir. 

La Liqa tarixində ən çox qol vurmuş oyunçular arasında Ronalda 10-cu yerdədir. Birinci yerlə onun arasında 65 top fərqinin olmasına rəğmən, ikinci yerdə onun ən çox qarşılaşdığı və ən əsas rəqibi sayılan Messi dayanır. Siyahıda birinci yeri 251 qolla Zara tutur. Messinin 245 qolu var. Messinin tezliklə bu fərqi aradan qaldırıb lider olacağı gözlənilir. 

Ronaldonun ən mühüm özəlliyi ortalama qol sayının birin üzərində olmasıdır. Buna görə də ulduz futbolçunun tezliklə fərqi aradan qaldırıb lider olacağı realdır. 

Onu da qeyd etmək lazımdır ki, La Liqanın yeni mövsümündə Ronaldo 5 oyuna 9 qol vuraraq liderliyə yüksəlib. 

 ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb