Ronaldo: "Qrupdan çıxmağımız mümkünsüzdür"

12:42 | 23.06.2014
Ronaldo: "Qrupdan çıxmağımız mümkünsüzdür"

Ronaldo: "Qrupdan çıxmağımız mümkünsüzdür"

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo "DÇ-2014"də bərabərə qaldıqları ABŞ-la oyunu şərh edib.

Qol.Az-ın məlumatına görə, "Terra"ya danışan Ronaldo komandasının qrupdan çıxmaq şansının mümkünsüz olduğunu bildirib:

"Əlbəttə, biz qələbə qazanmaq istəyirdik, ancaq bacarmadıq. Bunu nə ilə izah edəcəyimi bilmirəm. Mundialdan öncə bizim dünya çempionu ola biləcəyimizi deyirdilər. Bu, sadəcə fantastika olardı. Yaxşı bilirik ki, turnirdə bizdən də güclü komandalar var. Qrupdan çıxmaq şansımıza gəlincə bu, nəzəri cəhətdən mümkün görünə bilər. Ancaq praktiki cəhətdən mümkünsüzdür".

Qeyd edək ki, "DÇ-2014"də ikinci matçında ABŞ-la 2:2 bərabərə qalan Portuqaliya yığması qrupdan çıxmaq şansını çətinə salıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb