Ronaldo rekordlara doymur

18:02 | 06.10.2014
Ronaldo rekordlara doymur

Ronaldo rekordlara doymur

"Real" (Madrid) klubunun futbolçusu Kriştiano Ronaldo daha bir rekordu təkrarlayıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, dünən İspaniya La Liqasında "Atletik"lə (Bilbao) matçda üç qol vuran portuqaliyalı ulduz het-triklərinin sayını 22-ə yüksəldib. 

Bununla da o, La Liqa tarixində ən çox het-trik edən Alfredo di Stefano və Telma Zarraya çatıb.

Qeyd edək ki, Ronaldo "Real"da 255 matçda 267 qol vurub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb