"Rosatom"un əməkdaşları koronavirusa yoluxdu

20:00 | 08.04.2020

"Rosatom"un əməkdaşları koronavirusa yoluxdu

Rusiya Atom Enerjisi Agentliyinin 15 əməkdaşına koronavirus diaqnozu qoyulub.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Belarusun səhiyyə naziri Vladimir Karanik məlumat verib.
Bildirilib ki, onlar Belarus Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı Qrodnen vilayətinə ezam olunublarmış.
Qeyd edək ki, Belarus AES iki enerji blokundan ibarətdir. Birinci blokun 2020-ci, ikincinin isə 2021-ci ildə istifadəyə verilməsi planlaşdırılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb