"Rosneft" "Abşeron" yatağının işlənməsində marağını qoruyur"

18:11 | 10.02.2016

"Rosneft" "Abşeron" yatağının işlənməsində marağını qoruyur"

Rusiyanın "Rosneft" şirkəti Xəzər dənizinin Azərbyacan sektorunda yerləşən "Abşeron" yatağının işlənilməsində maraqlı olaraq qalır.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Azərbyacan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Londonda keçirilən Beynəlxalq neft həftəsi tədbirində jurnalistlərə bildirib.

"Maraq var. Bunun üzərində işləyirik"-,R.Abdullayev əlavə edib.

Xatırladaq ki, "Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın sahəsi 260 kv. km təşkil edir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir. "Abşeron" layihəsində "Total" (operator, 40%), SOCAR (40%) və "Engie" (əvvəlki "Gaz De France Suez", 20%) iştirak edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb