Rublun dollara nisbətdə məzənnəsi necə olacaq?

16:00 | 10.07.2017
Rublun dollara nisbətdə məzənnəsi necə olacaq?

Rublun dollara nisbətdə məzənnəsi necə olacaq?

Rusiya vətəndaşlarının 59 faizi yaxın 3 ayda rublun dollara qarşı 62 dollara qədər zəifləyəcəyini düşünür.

anews.az lenta.ru-ya istinadən xəbər verir ki, bu yöndə Rusiya İctimai Tədqiqat Araşdırma Mərkəzi sorğu aparıb. Sorğu iştirakçıları bildirib ki, bir ildən sonra rubl/dollar məzənnəsi 64 rubl olacaq. 

O da məlum olub ki, rusların 58 faizi valyuta ilə yığım səbətinə dəyişiklik etməyə hazırlaşır. Qeyd edək ki, ilin əvvəlində bu nisbət 47 faiz idi. 

Nəzərə çatdıraq ki, bu gün Moskva birjasında ABŞ dollarının məzənnəsi 60,31 rubl təşkil edib. Avro isə 68,75 rubl olub.

"Bank of America Merrill Lynch”in gözləntilərinə görə, ilin sonuna 1 ABŞ dolları 60 rubl, 1 avro isə 65 rubl olacaq.  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM