Rus siyasətçi Rasmusseni meydana çağırdı

22:24 | 02.09.2014
Rus siyasətçi Rasmusseni meydana çağırdı

Rus siyasətçi Rasmusseni meydana çağırdı

“Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov “Bir vedrə buzlu su” kampaniyasına qoşulub.ANS PRESS-in məlumatına görə, Mironov ALS xəstələrinə dəstək kampaniyasına qoşularaq başından bir vedrə buzlu su töküb və NATO-nun baş katibi Anders Foq Rasmusseni meydana çağırıb.“Estafeti Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurova verirəm və NATO baş katibi Rasmusseni, Avstraliyanın baş naziri Toni Ebbotu meydana çağırıram”, - deyə Mironov bildirib.Bundan başqa siyasətçi ALS xəstələrinə dəstək üçün Rusiyanın“Həyat bəxş et” fondunun bank hesabına 50 min rubl (1050 manat) köçürüb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM