Rusiya ABŞ-ı rədd etdi

01:23 | 30.04.2014
Rusiya ABŞ-ı rədd etdi

Rusiya ABŞ-ı rədd etdi

Rusiya Xarici işlər naziri Sergey Lavrov ABŞ və AB-nin ölkəsinə tətbiq etdiyi sanksiyaları rədd etdiklərini deyib.

"Axar.az" xəbər verir ki, Lavrov böhranın dialoq yolu ilə həll edilməsinin tək yol olduğunu bildirib.

Lavrov qeyd edib ki, bütün tərəflərin fikirləri nəzərə alınmalıdır.

Qeyd edək ki, ABŞ Cenevrədə əldə edilən razılaşmaya riayət etməyən Rusiyaya qarşı sanksiyalar siyahısına Putinin ən yaxın adamlarından ikisinə, 7 rusiyalı səlahiyyətli nümayəndəyə və 17 şirkətə sanksiyalar tətbiq etmişdi.

Avropa Birliyinin sanksiyalar tətbiq etdiyi son siyahıda isə aşağıdakı şəxslər yer alıb:

Krım naziri Oleq Savelyev, Sevastopol valisi Sergey Manyailo, Federasiya Şurasının üzvü Olqa Kovatidi, Duma Rəhbərliyinin müaviləri Ludmila Şetsova və Sergey Neverov. 

Bununla da AB-nin sanksiyalar tətbiq etdiyi nümayəndələrin sayı 48-ə çatıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb