Rusiyanın Müdafiə Nazirliyi Azərbaycana "Bal-E” sahil mühafizə raketlərinin satışına icazə verməyib.
"AzeriDefence”nin bildirdiyinə görə, bu barədə "Kommersant” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Rusiya Federasiyası Müdafiə Nazirliyinin mövqeyinə görə Azərrbaycan bu ölkədən "Bal-E” sahil mühafizə kompleksi ala bilməyəcək,
Rusiya hərbçiləri hesab edirlər ki, kompleksin hətta ixracat modifikasiyası Xəzər flotiliyasına qarşı potensial təhlükə yaradır.
Qəzet iddia edir ki, "Bal-E”nin "yer-yer” raketi kimi istifadəsi mümkündür. Bu da onun Ermənistana qarşı istifadəsinə imkan verə bilər.
Azərbaycan və Rusiya arasında "Bal” sahil mühafizə kompleksinin alqı-satqısına dair danışıqlar 2014-cü ildə başlanıb. Qəzetin yazdığına görə, hətta kompleksin X-35E raketləri ilə silahlandırılmış kiçik partiyasının əldə edilməsinə dair müqavilə hazırlanıb. Lakin qeyd olunan səbəbdən müqavilə imzalanmayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !