Rusiya da ABŞ-ı sərt şəkildə təhdid etdi - Gərginlik

13:30 | 04.03.2014
Rusiya da ABŞ-ı sərt şəkildə təhdid etdi - Gərginlik

Rusiya da ABŞ-ı sərt şəkildə təhdid etdi - Gərginlik

Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi Sergey Qlazyev ABŞ-ı dollardan imtina edəcəkləri ilə təhdid edib. 

ANN.Az-ın RİA "Novosti"yə istinadən xəbərinə görə, əgər ABŞ Rusiyaya sanksiyalar tətbiq etsə, Rusiya dollardan imtina etməli olacaq. Bu sözləri Rusiya prezidentinin regional iqtisadi inteqrasiya məsələləri üzrə məsləhətçisi Sergey Qlazyev deyib. 

"Biz digər valyutalardan da çıxmalı olacağıq və özümüzün hesab-ödəniş sistemimizi yaratmalı olacağıq. Bizim həm Şərqdə, həm Qərbdəki partnyorlarımızla çox yaxşı əlaqələrimiz var. Biz ABŞ-dan iqtisadi asılılığı nəinki sıfıra endirməyi bacaracağıq, həm də sanskiyalardan böyük üstünlüklə çıxmağa müvəffəq olacağıq", - Putinin məsləhətçisi bildirib. 

O bildirib ki, əgər ABŞ Rusiya müəssisələrinin və vətəndaşlarının bank hesablarını dondursa, Moskva Amerika banklarının rus strukturlarına verdiyi kreditlərini qaytarmaqdan imtina edə bilər. 

"Sanksiyalar çox kəskin silahdır və əgər ABŞ aktivləri dondursa, öz növbəsində bizim təşkilatların dollardakı passivləri də dondurulacaq. Bu o deməkdir ki, bizim təşkilatlar amerika banklarının kreditlərini qaytara bilməyəcəklər", - Qlazyev bildirib. 

Dünən ABŞ prezidenti Barak Obama milli təhlükəsizlik məsələləri üzrə məsləhətçiləriylə görüşü zamanı Rusiyanın diplomatik və iqtisadi cəhətdən təcrid olunması üçün atılacaq addımları müzakirə etmişdi. 

Ondan öncə isə, məlum olmuşdu ki, ABŞ Rusiya ilə hərbi, ticarət və həmçinin investisiya danışıqlarını dayandırmaq qərarına gəlib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM