Rusiya doğum evini vurub - Ölən var

10:16 | 23.11.2022
Rusiya doğum evini vurub - Ölən var

Rusiya doğum evini vurub - Ölən var

Rusiya 23 noyabr gecə saatlarında Zaporojye vilayətinin Vilnüs xəstəxanasının doğum şöbəsinə raket zərbələri endirib. Bu barədə UNİAN xəbər verir.

Bildirilir ki, hadisə nəticəsində yeni doğulan körpə ölüb.  

"Gecə Rusiya Vilniya xəstəxanasının kiçik doğum şöbəsinə raketlər atdılar. Hadisədə yeni doğulmuş körpə ölüb", - Zaporojyea OVA-nın rəhbəri Aleksandr Starux "Telegram" kanalında yazıb.

Aleksandr Starux  xilasedicilər hadisə yerində işlədiklərini vurğulayıb.
 
 Ukraynada müharibə nəticəsində ümumilikdə 437 uşaq ölüb, 839-dan çoxu yaralanıb.
 
Ukrayna Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1276-dan çox uşaq xəsarət alıb.

Hadisə nəticəsində 437 uşaq ölüb, 839-dan çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - mətbuat xidməti vurğulayıb.
 
Aytac Zeynalova
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM