Rusiya erməni hərbçiləri Suriyaya aparacaq

18:29 | 22.04.2016
Rusiya erməni hərbçiləri Suriyaya aparacaq

Rusiya erməni hərbçiləri Suriyaya aparacaq

Bu gün Yerevanda erməni həmkarı Edvard Nalbandyanla danışıqların yekunu olaraq mətbuat konfransı keçirən Rusiya xarici işlər naziri Sergey Lavrov önəmli açıqlamalar verib.

Modern.az xəbər verir ki, Lavov Ermənistan-Rusiya humanitar reaksiya mərkəzinin minaaxtaranlarının Suriyanın Palmira şəhərindəki işlərə cəlb oluna biləcəyini deyib.
"Yaxınlarda ortaq humanitar mərkəzimiz açıldı və biz buradakı erməni minaaxtaranların Suriyanın Palmira şəhərindəki əməliyyatlara cəlb olunmasını müzakirə etmişik”.  

Rusiyalı nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Ermənistanın sədrlik edəcəyini də xatırladaraq, rəsmi Yerevana hər cür dəstək olduqlarını deyib.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM