Rusiya Ermənistanda yeni qırıcılar yerləşdirir

23:59 | 05.01.2016
Rusiya Ermənistanda yeni qırıcılar yerləşdirir

Rusiya Ermənistanda yeni qırıcılar yerləşdirir

Rusiyanın Ermənistanda yerləşən Eberuni aviabazası 2016-cı ilin ikinci yarısında çoxməqsədli MiQ-29 qırıcılarının yeni partiyası ilə təchiz ediləcək, bu barədə çərşənbə axşamı Cənubi Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb, Oxu.Az xəbər verir.

Əsaslı təmirdən sonra Rusiya hərbi aviasiya bazasına yerləşdirilən MiQ-29 təyyarələri MDB ölkələrinin Birləşmiş hava əleyhinə müdafiə sistemi çərçivəsində Ermənistanın hava sərhədlərini qoruyacaq və mütəmadi olaraq birləşmənin hərbi hazırlıq normativlər proqramı üzrə uçuşlar həyata keçirəcəklər.

"2016-cı ilin ikinci yarısında Rusiyanın Ermənistanda yerləşən Eberuni aviasiya bazasına  çoxməqsədli MiQ-29 qırıcılarının yeni partiyası və bir Mi-8 nəqliyyat helikopteri yerləşdiriləcək”, - məlumatda deyilir.

Mətbuat xidmətində qeyd edilib ki, artıq yeni il bayramlarından sonra birləşmənin mühəndis-texniki heyəti aerodromda yeni aviasiya texnikası üçün xüsusi avadanlıqlı dayanacaqları, o cümlədən də təyyarə və helikopterlərin saxlanılması üçün xüsusi sökülüb-yığılan modulları hazırlayacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb