Rusiya Ermənistanı hər tərəfdən mühasirəyə alıb

21:04 | 01.12.2017
Rusiya Ermənistanı hər tərəfdən mühasirəyə alıb

Rusiya Ermənistanı hər tərəfdən mühasirəyə alıb

Erməni mətbuatı baş nazir Karen Karapetyanın 2018-ci ilin aprelindən sonra, yəni Ermənistanın parlament idarəetməsinə keçməsindən sonra baş nazir postunu tutmağa qərar verdiyindən yazır.

İstiPress-in məlumatına görə, bu məsələyə xüsusi məqalə həsr etmiş "Joxovurd" qəzeti yazır ki, baş nazir artıq öz piar-kampaniyasına başlayıb. Erməni qəzeti Karen Karapetyanın indiyə kimi Dağlıq Qarabağ münaqişəsinin həlli, Türkiyə-Ermənistan münasibətləri ilə bağlı mövqeyini cəmiyyətə açıqlamamasından narahatlıq da ifadə edib.

Bu səpkili yazılar erməni KİV-lərində çoxdur və bu, ilk baxışdan Moskvanın Serj Sarkisyanı vəzifədən uzaqlaşdırmaq, yerinə indiki baş nazir Karen Karapetyanı gətirmək niyyətində olması qənaətini doğurur. Yəni Moskva Sarkisyanın Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı niyyəti çərçivəsində anlaşma imzalaması Moskvanın xoşuna gəlməyib və onu Rusiyaya daha loyal biri ilə əvəzləmək qərarına gəlib.

Lakin Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli İstiPress-ə müsahibəsində bu cür fikirlərlə razı olmadığını bildirib:

"Sarkisyanın Şərq Tərəfdaşlığı çərçivəsində anlaşma imzalaması, böyük ehtimalla, Moskvanın razılığı çərçivəsində olub. Onsuz da Ermənist
an üçün ciddi heç nə vəd etmir. Yəni iqtisadi əməkdaşlığa dəxli yoxdur, ən yaxşı halda viza məsələsini asanlaşdıracaq. Moskva buna icazə verməklə hakim Respublika Partiyasının ölkədə azalan nüfuzunu qaldırmaq məqsədi güdüb”, - deyə politoloq vurğulayıb.

Lakin Qabil Hüseynli bu fikirdədir ki, istənilən halda Sarkisyan hakimiyyətdən getməlidir: "Mənə elə gəlir ki, yeni sistemdə hakimiyyətə baş nazir kimi Karen Karapetyan gətiriləcək. O, Moskvada işləyib və ruslar onu yaxşı tanıyır. Sarkisyan getməlidir. Amma bu, o demək deyil ki, o, Qarabağla bağlı Ermənistanın tutduğu xətti dəyişəcək. Ola bilər ki, bu, hətta Sarkisyandan daha sərt olacaq. Hər halda, əsgəranlıdır, yəni Qarabağ klanının təmsilçisidir”. 

Ola bilər ki, Moskva Sarkisyanı Rusiya vətənpərvər dairələrini sakitləşdirmək üçün vəzifədən salacaq. Bu dairələrdə Ermənistanın bu addımı düşmənçilik kimi qarşılanır. 

Məsələn, rusiyalı politoloq Nikita İsayev "Vestnik Kavkaza" portalına müsahibəsində Avropa Birliyinin Şərq Tərəfdaşlığı niyyətini Rusiyaya düşmənçilik addımı kimi dəyərləndirib. Politoloqun fikrincə, Ermənistan Avropa Birliyi ilə əməkdaşlığı dərinləşərsə, Rusiya onu regionda tək qoya bilər:

"Böyük geosiyasi münaqişə olarsa, Ermənistanın özünün suverenliyinin zəifləməsi təhlükəsi yarana bilər”,- deyə politoloq vurğulayıb.

Yəni Nikita İsayev işarə vurur ki, belə olan halda Rusiya, eyni zamanda Moskvanın vasitəçiliyi ilə ATƏT-in Minsk qrupunun digər üzv dövlətləri öz torpaqlarının azad edilməsi üçün Azərbaycanın müharibə hüququnu tanıya bilərlər. Onda Ermənistan təkcə Qarabağa deyil, Demokratik Cumhuriyyət dövründə Azərbaycanın olmuş, bolşeviklər tərəfindən Ermənistan SSR-ə bağışlanmış Zəngəzura, Qaraqoyunlu dərəsinə, Vedibasara və İrəvan ətrafına nəzarəti itirə bilər.

Ermənistan politoloqları arasında da bunu ehtimal edənlər var. Məsələn, erməni şərhçi Sarkis Arsruni "1in.am”da bu gün yazdığı məqaləsində iddia edir ki, Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı çərçivəsində sazişin imzalanmasından sonra Azərbaycan müharibəyə başlayarsa, bu Bakının beynəlxalq təcridi, Dağlıq Qarabağın ayrıca subyekt kimi tanınması ilə nəticələnə bilər. Yəni o, problemin Kosovo variantı ilə nəticələcəyinə ümid edir.

Amma erməni şərhçi bunda yanılır ki, bu məsələlər kökündən fərqlənir. Birincisi Serbiya rəhbərliyi müsəlmanlara - kosovolulara və bosniyalılara qarşı soyqırım törətmişdi və bu, beynəlxalq məhkəmələrdə təsbitini tapmışdı, həmçinin 2 milyona yaxın kosovolu ölkədən deportasiya edilmişdi. Dağlıq Qarabağda bu cinayətləri məhz Ermənistan törədib - Azərbaycan torpaqlarının 20 faizini işğal etməklə yanaşı, 90 min ermənini müdafiə etmək adı altında 1 milyon etnik azərbaycanlını öz evindən çıxararaq qaçqın salıb. Ən əsası isə Ermənistan Xocalı soyqırımını törədib ki, bunu Serj Sarkisyan Britaniya jurnalisti Tomas de Vaalla söhbətində etiraf edib. Xocalıda öldürülən 613 sakinin 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı adam olub. Yəni Avropada bu cür cinayətləri bağışlamırlar.   
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb