Rusiya Harrisə qarşı kampaniyaya başlayıb

16:21 | 18.09.2024
Rusiya Harrisə qarşı kampaniyaya başlayıb

Rusiya Harrisə qarşı kampaniyaya başlayıb

Rusiya Kamala Harrisin prezidentlik kampaniyasını gözdən salmaq üçün əməliyyat keçirir. Bu barədə Politico yazıb. 

Microsoft, Kremlə bağlı qrupların son həftələrdə Demokratlar Partiyasından prezidentliyə namizədi gözdən salmaq məqsədi daşıyan saxta videolar yaydığına dair sübutlar tapıb. Nəşr yazır ki, onlardan birində Kəmalə Harrisin tərəfdarları Donald Trampın tərəfdarlarına hücum edir, digərində aktrisa Harrisi uydurma hadisədə canlandırır.

Bu videoların hər biri milyonlarla baxış qazandı və videolardan biri ona daha çox inanmaq üçün saxta San Fransisko xəbər orqanı tərəfindən yayımlandı.

Kreml qrupları həmçinin X və Telegram platformalarında Nyu-Yorkda saxta Harris şüarları olan saxta reklam lövhəsinin şəkli də daxil olmaqla videolar dərc ediblər. Materialda deyilir ki, bu video yayımlandıqdan sonra ilk saatlarda X-də 100.000-dən çox baxış toplayıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM