Rusiya Federasiyasının Konstitusiyasına edilən dəyişikliklər, Prezident Vladimir Putinin ötən cümə günü imzalanan fərmanının mətninə əsasən, 4 iyulda qüvvəyə minib.
Anews.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, Konstitusiyanın mətni referendum nəticəsində qəbul edilmiş dəyişikliklə bu gün rəsmi internet portalında dərc edilib.
Qeyd edək ki, Rusiya Konstitusiyasına dəyişikliklər haqqında qanun martın 11-də Dövlət Duması tərəfindən qəbul edilib və eyni gündə Federasiya Şurası tərəfindən təsdiq edilib. Sonra sənəd Rusiya Federasiyasının bütün subyektlərinin qanunvericilik məclisləri tərəfindən dəstəklənib. Qanun düzəlişlərin yalnız vətəndaşlar tərəfindən dəstəklənəcəyi təqdirdə qüvvəyə minəcəyini açıq şəkildə ifadə edib və bunu Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bəyan edib.
Dəyişikliklərə dair iyunun 25-də başlayan ümumxalq səsverməsi iyulun 1-dək davam edib. MSK-nın məlumatına görə, dəyişiklikləri səs verənlərin 77,92% -i dəstəkləyib, 21,27% -i əleyhinə səs verib, ölkədə ümumi səsvermə 67,97% təşkil edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !