Rusiya Müdafiə Nazirliyinin təyyarəsi İran sərhədlərindən qəfil geri döndü

14:04 | 24.08.2021
Rusiya Müdafiə Nazirliyinin təyyarəsi İran sərhədlərindən qəfil geri döndü

Rusiya Müdafiə Nazirliyinin təyyarəsi İran sərhədlərindən qəfil geri döndü

Rusiya Müdafiə Nazirliyinin Tu-154M təyyarəsi İranın hava məkanına daxil ola bilməyib və kursunu kəskin dəyişib.
 
Rusiya mənbələri xəbər verir ki, uçuş marşrutuna əsasən təyyarə İran sərhədlərinə yaxınlaşanda geri dönüb və Həştərxana istiqamət alıb.
 
Daha əvvəl təyyarənin Moskva ətrafından havaya qalxdığı və Həştərxana uçduğu bildirilir.
 
Təyyarənin kursunun niyə kəskin dəyişdiyi haqda rəsmi mənbələr hələlik şərh verməyib. Eləcə də təyyarənin İran hava məkanından keçərək hansı ölkəyə uçacağı məlum deyil.(Virtualorg)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM