Rusiya Qazaxıstanla sərhədə qoşun yığır

15:29 | 03.09.2014
Rusiya Qazaxıstanla sərhədə qoşun yığır

Rusiya Qazaxıstanla sərhədə qoşun yığır

Rusiya Qazaxıstan sərhədləri yaxınlığında irimiqyaslı hərbi təlimlərə başlayır.
Virtualaz.org saytı xəbər verir ki, strateji təyinatlı raket qoşunlarının da cəlb olunduğu manevlərdə aviasiya, 3  min canlı qüvvə və 400 vahid texnika iştirak edəcək. Bu haqda Rusiyanın strateji təyinatlı raket qoşunlarının komandanlığının rəsmisi Dmitri Andreyev bildirib.
D.Andreyevin bildirdiyinə görə, ilk dəfədir ki, bu miqyasda keçirilən manevrlərdə hərbi aviasiya da yer alacaq. Manevrlərdə “MiQ-31” qırıcıları və “Su-24MP” kəşfiyyatçıları da iştirak edəcək.
Barnaul raket qoşunları komandanlığının da iştirakı ilə keçiriləcək komanda-qərargah təlimlərində hərbçilər “diversantlara qarşı hərəkət və yüksək dəqiqlikli silahlarla zərbə”ni sınaqdan keçirəcəklər. Düşmən qüvvələrinin imitasiyası üçün xüsusi təyinatlılardan istifadə olunacaq.
Bu hərbi təlimlər Rusiya ilə Qazaxıstan arasında son günlər hiss edilən gərginliklə bir vaxta təsadüf edir. Belə ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəsinin Avrasiya İttifaqından çıxmasının mümkünlüyünü bildirib.
N.Nazarbayevin sözlərinə görə, əgər bu ittifaq Qazaxıstanın müstəqilliyinə və suverenliyinə təsir etsə, o zaman Qazaxıstan ittifaqı tərk edəcək. Həmçinin Nazarbayev Ukrayna hadisələrinə görə Qazaxıstana da ciddi təhdidlər yarandığını bildirib.
Rusiyadan isə Vladimir Jirinovski “Cənuba hücum” doktrinası ilə çıxış edərək Qazaxıstanı tutmağa çağırıb. Ardınca Vladimir Putin bildirib ki, Qazaxıstanın heç vaxt dövlətçilik ənənəsi olmayıb və indiki Qazaxıstan dövlətinin yaşaması Nazarbayevin qərarlarından asılıdır.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM