Rusiya Ukraynanın əvəzində "Eurovision" keçirəcək? - İDDİA

11:34 | 08.09.2016
Rusiya Ukraynanın əvəzində

Rusiya Ukraynanın əvəzində "Eurovision" keçirəcək? - İDDİA


Rusiya və Avstraliya "Eurovision" musiqi yarışmasını keçirə bilər.

ANN.Az Avropa Yayım Şurasına istinadən xəbər verir ki, Ukrayna hökuməti  oktyabr ayına qədər 2017-ci ildə "Eurovision" musiqi yarışmasının keçirilməsi üçün şəhəri müəyyən etməyəcəyi halda bu hüququ Rusiya və Avstraliya əldə edə bilər.

"Ukrayna 2016-cı ildə qalib olub, buna görə qalibiyyəti onlardan heç kim ala bilməz. Ancaq oktyabrdan gec olmayaraq müsabiqənin keçiriləcəyi şəhər bəlli olmalıdır", - deyə Şurada bildiriblər.

Xatırladaq ki, bu il İsveçin paytaxtı Stokholmda keçirilən Eurovision mahnı müsabiqəsində Ukrayna təmsilçisi Camala "1944" mahnısı ilə ilk yeri tutub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb