Rusiya Ukraynanın güc nazirlərinə cinayət işi açdı

17:45 | 02.10.2014
Rusiya Ukraynanın güc nazirlərinə cinayət işi açdı

Rusiya Ukraynanın güc nazirlərinə cinayət işi açdı

Rusiya İstintaq Komitəsi  Ukraynanın müdafiə naziri  Valeri Qeletey  və  silahlı qüvvələrin baş qərətgah rəisi  Viktor Mujenkoya cinayət işi açıb.

Avropa.info xəbər verir ki, hər iki  yüksək rütbəli dövlət  adamı  Ukraynadakı  müharibənin başlamasında və kütləvi qətillərdə ittiham olunurlar. 

Bundan başqa, UKrayna ordusunun 25 -ci korpusunun komandiri  Mikasa və adları açıqlanmayan  digər  yüksək vəzifəli  zabitlərə də cinayət işi açılıb. Mikas  Donetsk   aeroportunda  bu ilin  3 iyulundan 5 sentyabrınadək  rusdilli hərbici və dinc sakinlərin  öldürülməsində ittiham olunur.

Rusiya  İstintaq Komitəsinin yaydığı açıqlamaya görə, müdafiə naziri  Qeletey  və  baş qərərgah rəisi Mujenko ayrı-ayrı vaxtlarda rusların yaşadığı  Donetsk və  Luqanska raket zərbələri endirməklə xeyli sayda insanın həlak olmasına  səbəbkardırlar. 

Bundan başqa, Rusiya Ukraynanın daxili işlər naziri Arseni Avakova da cinayət işi açdığını bəyan edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb