Rusiya və İran arasında yeni saziş imzalanacaq - Zatulin

19:42 | 18.04.2024
Rusiya və İran arasında yeni saziş imzalanacaq - Zatulin

Rusiya və İran arasında yeni saziş imzalanacaq - Zatulin

Rusiya və İran tezliklə yeni saziş imzalaya bilər.Bunu Dövlət Dumasının deputatı Konstantin Zatulin İranın Rusiyadakı səfiri Kazım Cəlali ilə görüşündən sonra verdiyi açıqlamada deyib.

Zatulin bildirib ki, İran tərəfinə sənədlə bağlı yekun düzəlişlər təqdim olunub. Yaxın vaxtlarda Rusiya ilə İran arasında hərtərəfli tərəfdaşlığa dair saziş imzalana bilər.

"Hər iki tərəf bunun üzərində işləyir. Rusiya və İran arasında münasibətlərdə yeni mərhələ başlayır”, – deyə Zatulin vurğulayıb.

Bundan əvvəl İranın Rusiyadakı səfiri Kazım Cəlali İran və Rusiya arasında "Strateji Tərəfdaşlıq Sazişi”nin 2024-cü ildə imzalana biləcəyini açıqlayıb. İmzalanma yerinin ölkə rəhbərlərinin qərarından asılı olacağını vurğulayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb