Rusiya XİN Azərbaycanın sorğusuna cavab verdi

15:35 | 17.03.2015
Rusiya XİN Azərbaycanın sorğusuna cavab verdi

Rusiya XİN Azərbaycanın sorğusuna cavab verdi

"Notada Arzanqulyanın Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində anadan olduğu nəzərə alınaraq, onun sürücülük vəsiqəsində qeyd olunan "Dağlıq Qarabağ” ifadəsi ilə DQMV-nin nəzərdə tutulduğu bildirilir”

"Sosial şəbəkələrdə Emil Arzanqulyan adlı şəxs tərəfindən Rusiya Federasiyasında aldığı sürücülük vəsiqəsində doğum yerinin "Dağlıq Qarabağ” göstərildiyi barədə məlumat yayılıb. Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən verilmiş təlimat əsasında ölkəmizin Moskvadakı səfirliyi bununla əlaqədar Rusiyanın Xarici İşlər və Daxili İşlər nazirliklərinə müraciət edib”.
 
Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
 
Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı cavab notasında Rusiyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyi, münaqişənin həlli çərçivəsində üzərinə götürdüyü öhdəliklərə davamlı şəkildə sadiq qaldığı bildirilir: "Arzanqulyan tərəfindən sosial şəbəkələrdə yayılmış məlumatın heç bir halda Rusiyanın bu məsələ ilə əlaqədar rəsmi mövqeyinə aidiyyəti olmadığı vurğulanır”.
 
Notada həmçinin Rusiya Daxili İşlər Nazirliyinin 13 may 2009-cu il tarixli 365 nömrəli əmri ilə təsdiq olunmuş Rusiyada sürücülük vəsiqələrinin rəsmiləşdirilməsi və verilməsi haqqında qaydalara müvafiq olaraq, sürücülük vəsiqələrinin doğum yeri adlı bölməsində daha böyük inzibati-ərazi vahidinin adının qeyd olunduğu barəsində məlumat verilir: "Notada Arzanqulyanın müəyyən edildiyi kimi Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) anadan olduğunu nəzərə alaraq, onun sürücülük vəsiqəsində qeyd olunan "Dağlıq Qarabağ” ifadəsi ilə ASSR-in DQMV-nin nəzərdə tutulduğu bildirilir”. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb