Rusiya yeni sanksiyalara cavab verdi: “ Ayıb deyilmi?”

20:23 | 29.04.2014
Rusiya yeni sanksiyalara cavab verdi: “ Ayıb deyilmi?”

Rusiya yeni sanksiyalara cavab verdi: “ Ayıb deyilmi?”

Rusiya Xarici İşlər Nazirliyi Avropa Birliyinin yeni sanksiyaları ilə bağlı bəyanat yayıb.

APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rəsmi Moskva Brüsseli Ukraynadakı durumu anlamamaqda ittiham edib, yeni sanksiyaları isə Ukraynanın cənub-şərqində növbəti iğtişaş dalğasına dəvət kimi dəyərləndirib.

“Əgər kimsə Brüsseldə bu yolla Ukraynadakı durumu sabitləşdirməyi düşünürsə, bu, onu göstərir ki, onlar ölkədəki daxili situasiyanı dərk etmirlər və yerli neonasistlərə dinc əhaliyə qarşı qanunsuz əməlləri davam etdirməyə dəvət göndərirlər. Ayıb deyilmi?”, - deyə bəyanatda vurğulanıb.

Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç isə Yaponiyanın yeni sanksiyalarını şərh edib. Rəsmi Tokionun bir qrup Rusiya vətəndaşına qarşı viza sanksiyalarının tətbiqi qərarının Moskvada təəssüflə qarşılandığını deyən A.Lukaşeviç bu addımın cavabsız qalmayacağını bildirib.

“Bu addım xarici təzyiq altında qəbul olunub. Qeyd etmək istərdik ki, bizimlə sanksiya dili ilə danışmaq faydasızdır”, - deyə o qeyd edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb