Rusiyada azərbaycanlı iş adamı öldürülüb - Video

20:11 | 20.04.2024
Rusiyada azərbaycanlı iş adamı öldürülüb - Video

Rusiyada azərbaycanlı iş adamı öldürülüb - Video

Rusiyanın paytaxtı Moskva yaxınlığındakı Balaşixada azərbaycanlı iş adamı Nazim Əhmədov güllələnərək qətlə yetirilib.Bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, 61 yaşlı iş adamı ona məxsus olan "Yunis” adlı mağazaya yaxın parklanma yerində öldürülüb.

Parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilindən çıxan kimi ona atəş açılıb. Hadisə iş adamının həyat yoldaşının gözü qarşısında baş verib. Əhmədovun qohumları jurnalistlərə danışıblar ki, bundan əvvəl də onu ölümlə təhdid ediblər.

Nazim Əhmədov və onun həyat yoldaşı 2010-cu ildən "Yunis” adlı mağazanı idarə ediblər. 

Hazırda mağazada işlə bağlı araşdırma aparılır.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM