Rusiyada azərbaycanlılar və ermənilər əlbəyaxa oldular

15:18 | 14.09.2015
Rusiyada azərbaycanlılar və ermənilər əlbəyaxa oldular

Rusiyada azərbaycanlılar və ermənilər əlbəyaxa oldular

Sentyabrın 13-də Rusiyanın Volqoqrad şəhərində erməni tərəfindən odlu silahla qətlə yetirilən azərbaycanlı Eduard Nəbi oğlu Çiriyevin meyiti Azərbaycana gətirilib.

Bu barədə APA-nın Rusiya bürosuna Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad (ÜAK) üzrə regional bölməsinin sədr müavini Fikrət Məmmədov məlumat verib.

Onun sözlərinə görə, 24 yaşlı Eduard doğulduğu Balakən rayonunda dəfn olunub. 

ÜAK-ın regional bölməsinin rəhbəri Teymur Həsənov isə APA-ya açıqlamasında Volqoqradda azərbaycanlılarla ermənilər arasında baş verən hadisənin təfərrüatları barədə danışıb. Onun bildirdiyinə görə, E. Çiriyev dostları ilə birlikdə yeyib-içdikdən sonra şəhərdəki ermənilərin barına getməyə qərar veriblər:

"Hüquq-mühafizə orqanlarından mənə verilən məlumata görə, Eduard Çiriyev və dostları birlikdə yeyib içdikdən sonra ermənilərin barına gediblər. Bu zaman onlarla barda olan ermənilər arasında mübahisə düşüb. Barın sahibinin oğlu Virabyan soyadlı erməni avtomobilində olan "Sayqa" tipli tüfəngini götürərək Eduard Çiriyevə atəş açıb. Nəticədə Eduard aldığı güllə yarasından ölüb".

Diaspor rəhbəri hadisənin hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu söyləyib.

Qeyd edəki, azərbaycanlını öldürən erməni Volqoqraddakı erməni diasporunun bir müddət rəhbəri olmuş Vyaçeslav Virabyanın oğludur.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM