​Rusiyada qanadlı raket yaşayış evinin üstünə düşdü

21:09 | 16.12.2015
​Rusiyada qanadlı raket yaşayış evinin üstünə düşdü

​Rusiyada qanadlı raket yaşayış evinin üstünə düşdü

Raketin hissələri üçmərtəbəli yaşayış binasının üstünə düşüb və yanğıən baş verib

 Rusiyanın Arxangelsk vilayətinin Nenoks yaşayış məntəqəsi yaxınlığına qanadlı raket düşüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə qanadlı raketin sınağı keçirilən zaman baş verib. Raket nəzərdə tutulan istiqamətdən çıxaraq, yaşayış məntəqəsi yaxınlığında partlayıb. Raketin hissələri üçmərtəbəli yaşayış binasının üstünə düşüb və yanğın baş verib. Binanın sakinləri təxliyə ediliblər.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb