Rusiyada uçuş məhdudiyyəti yenidən uzadıldı

19:00 | 25.11.2022
Rusiyada uçuş məhdudiyyəti yenidən uzadıldı

Rusiyada uçuş məhdudiyyəti yenidən uzadıldı

Rusiya Federasiyasının cənubunda və mərkəzi hissəsində yerləşən aeroportlarda uçuş məhdudiyyətləri yenidən uzadılıb.
 
 TASS agentliyi xəbər verir ki, "Rosaviasiya” 11 aeroportda uçuşlara məhdudiyyət rejimini 2022-ci il dekabrın 3-dək uzadıb.
 
Məhdudiyyətlər Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına aiddir.
 
Rusiya Ukraynada apardığı müharibə ilə əlaqədar 2022-ci il fevralın 24-dən etibarən ölkənin cənubunda və mərkəzi hissəsində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb