Rusiyada Ukraynapərəst gənclər həbs olundu

20:48 | 17.09.2015
Rusiyada Ukraynapərəst gənclər həbs olundu

Rusiyada Ukraynapərəst gənclər həbs olundu

Rusiyada Sovet heykəllərini Ukrayna bayrağının rəngləri və kiyevpərəst qrafiti ilə bəzədiklərinə görə iki gənc iki illik həbsə məhkum edilib.

Kirill Korzhavin və Vladislav Shipovalov daxil olmaqlar dörd nəfər Novosibirsk şəhərində Vladimir Lenin-in heykəlini rəngləməkdə, üzərinə "Ukraynaya eşq olsun” sözlərini yazmaqda təqsirli biliniblər.

Novosibirskin Lenisnky məhkəməsi sentyabrın 16-da qərar çıxarıb. Həmin şəxslərin kremlyönlü Vahid Rusiya və Kommunist partiyalarının yerli ofislərini də qarət etdiyi bəyan olunub.

Heykəllər ötən ilin dekabrında rənglənmişdi.

Daha iki müqəssir isə azyaşlı olduğu üçün həbsə atılmayıb, ancaq hərəkətlərinə ciddi məhdudiyyətlər qoyulub. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb