Rusiyada vurulan PUA-ların sayı açıqlandı

13:50 | 07.12.2022
Rusiyada vurulan PUA-ların sayı açıqlandı

Rusiyada vurulan PUA-ların sayı açıqlandı

Ukrayna ötən gecə Rusiyanın 17 PUA-sını vurub. "Unian” xəbər verir ki, bu barədə Ukrayna Baş qərargahından məlumat verilib.

"Son sutka ərzində əsgərlərimiz tərəfindən 14 "Şahid-136” tipli, bir "Orlan-10” və daha 2 PUA vurulub”, - qurumdan bildirilib.

NATO Ukraynanı daha çox silahla təmin etməyi və Rusiyanın raket və pilotsuz təyyarələrinin zərbələri nəticəsində ciddi zədələnmiş enerji infrastrukturunu təmir etməyi öhdəsinə götürüb.

Buxarestdə keçirilən sammitdə NATO-nun baş katibi Jens Stoltenberng Moskvanı "qış mövsümündən müharibə silahı kimi istifadə etməyə çalışmaqda" ittiham edib.

Rusiyanın hücumları nəticəsində milyonlarla ukraynalı şaxtalı soyuqda işıqsız və susuz qalıb.

Ukrayna aylardır NATO-dan daha təkmil hava hücumundan müdafiə sistemləri tələb edir.
 
Aytac Zeynalova



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb