Rusiyadan 4 milyon insanın kənara çıxması qadağan edildi

22:16 | 22.04.2014
Rusiyadan 4 milyon insanın kənara çıxması qadağan edildi

Rusiyadan 4 milyon insanın kənara çıxması qadağan edildi

Rusiyada güc strukturlarının təmsilçilərinə xaricə çıxmaq qadağan edilə bilər. ANS PRESS-in məlumatına görə, qadağan Daxili İşlər Nazirliyinin, Narkotiklərə Nəzarət üzrə Federal Xidmətinin, Federal Təhlükəsizlik Xidmətinin, Cəzaların Yerinə Yetirilməsi üzrə Federal Xidmətin əməkdaşlarına şamil edilə bilər. Qadağan rəsmi dərc olunmasa da, “Dojd” telekanalına məlum olub ki, Daxili İşlər Nazirliyinin bir sıra regionlardakı bölmələrinin rəhbərlərinə teleqram göndərilərək “mürəkkəb beynəlxalq vəziyyətdən” və qurumun işçilərinə qarşı xaricdə “artan təxribatdan” danışılıb, buna görə də əməkdaşların ölkədən xaricə çıxmasına yalnız istisna hallarda yol vermək tövsiyyə edilib. Məlumata görə, qadağan edilənlər sırasına qismən Müdafiə Nazirliyinin əməkdaşları da düşüb. Onların 150 ölkəyə, o cümlədən ABŞ, Türkiyə, Bolqarıstan, Böyük Britaniya, Yaponiya, Meksika, İtaliya, Misir, İspaniya, Çexiya, Kuba kimi ölkələrə getməsi qadağan edilib.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM