Rusiyadan ABŞ-a qəzəb doğuracaq həmlə

17:44 | 05.01.2017
Rusiyadan ABŞ-a qəzəb doğuracaq həmlə

Rusiyadan ABŞ-a qəzəb doğuracaq həmlə

Rusiya Filippinə təyyarə və müasir silahlar satmaq istədiyini açıqlayıb.

ANN.Az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-la Filippin arasında silah razılaşması pozulduqdan sonra Rusiya Filippinə silah satacağını bildirib. Filippin prezidenti Duterte ABŞ-ın silah razılaşmasını ləğv etmə təhdidinə qarşılıq olaraq bildirib ki, daha çox silahı olan bir dostumuz var.

Bu danışıqdan sonra Filippin və ABŞ arasındakı bütün əlaqələr tamamilə kəsilib.

Birgə əməliyyat üçün Filippinə gedən Rusiyanın həmin ölkədəki səfiri İgor Hovayev media konfransında çıxışı zamanı bildirib ki, yüngül silah, təyyarə, vertolyot, dəniz altı və müxtəlif növ təkmilləşmiş silahlar göndərmək istəyirik:

"Rusiya Filippinə silah təminatı zamanı qəbul olunan beynəlxalq hüquqlara əməl edəcək".

ABŞ-la əməkdaşlığı pozan Rodrigo Duterte dünyada sülh şəraitini daha da möhkəmləndirmək üçün yeni dostları Rusiya və Çin-lə birgə hərəkət edəcəyini qeyd edib.
 
Şəbnəm Cavadzadə
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb