Rusiyadan Türkiyəyə aviabiletlərin qiyməti nə qədər bahalaşıb?

14:11 | 25.07.2020
Rusiyadan Türkiyəyə aviabiletlərin qiyməti nə qədər bahalaşıb?

Rusiyadan Türkiyəyə aviabiletlərin qiyməti nə qədər bahalaşıb?

Bu il Rusiyadan Türkiyəyə aviabiletlərin qiymətləri ötən illə müqayisədə 70%-dən çox artıb.

Anews.az xəbər verir ki, bu barədə "İzvestiya” nəşri "tutu.ru” səfərlər və səyahətlər xidmət mərkəzinin təhlilinə istinadən yazıb. 

Məlumata görə, avqustun 1-dən sonra Moskva-Antalya aviareysi üçün ən ucuz bilet rusiyalılara 10 189 rubla (142,2 ABŞ dolları) başa gələcək. Baxmayaraq ki, 2019-cu ildə analoji uçuşun qiyməti 3 827 rubl (53,4 ABŞ dolları) təşkil edirdi.

Moskvadan İstanbula uçuş  isə ən azı 7 632 rubla (106,5 dollar) başa gələcək. Halbuki, bir il öncə bu bileti 5 135 rubla (71,7 ABŞ dolları) almaq mümkün idi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb