Rusiyanın 50 gəmisi Xəzərdə təlim keçirir

15:10 | 07.12.2015
Rusiyanın 50 gəmisi Xəzərdə təlim keçirir

Rusiyanın 50 gəmisi Xəzərdə təlim keçirir

Təlimlər hərbi hazırlıq çərçivəsində başlayıb.

Rusiyanın Xəzər donanmasının gəmilərinin heyəti hərbi hazırlıq çərçivəsində təlimlərə başlayıblar.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Cənub hərbi dairənin mətbuat xidməti məlumat yayıb.

"İlk kurs vəzifəsinin elementlərinin yerinə yetirilməsinə 50 gəmi, o cümlədən "Tatarıstan” və "Dağıstan” raket gəmiləri, "Qrad Sviyajsk”, "Uqliç”, "Veliki Ustyuq”, "Volqodonsk”, "Maxaçkala”, "Astraxan” kiçik raket və artilleriya gəmiləri başlayıb”, press-relizdə deyilir.

Dənizçilər gəminin döyüşə və səfərə hazırlığına, sağ qalmaq uğrunda mübarizəyə, hava əleyhinə müdafiəyə dair müxtəlif təlimlər keçirirlər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM