Rusiyanın "Dojd" telekanalında yoxlamalara başlanıldı

17:30 | 07.12.2015
Rusiyanın

Rusiyanın "Dojd" telekanalında yoxlamalara başlanıldı

 Rusiyada hakimiyyətə müxalifliyi ilə seçilən "Dojd" (TV Rain) televiziya kanalında yoxlamalara başlanılıb.
 
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə kanalın baş direktoru Natalya Sindeyeva "Facebook" səhifəsində məlumat yayıb. 
 
N. Sindeyevanın sosial şəbəkədə yaydığı fotolarda prokurorluğun telekanalın ofisində yoxlamalara başlaması haqqında bildiriş əks olunub. Bildirişdə vətəndaşların müraciətləri əsasında yoxlamalara başlanıldığı qeyd olunub.
 
Telekanaldan icarə müqaviləsinin təsdiqlənmiş nüsxəsi, ştat cədvəli və əməkdaşlarının siyahısı və digər sənədlər tələb olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM