Yaydan bəri Rusiya ordusunun Donetsk vilayətində daha sürətlə irəliləməsinə baxmayaraq, bu, ona strateji üstünlüklər qazandırmayıb. Rusiya Prezidenti Vladimir Putinin müəyyən etdiyi məqsədə, yəni bütün Donbasın ələ keçirməsinə hələ çox var. Bir neçə aydır davam edən hücum əməliyyatları böyük canlı qüvvə və texnika itkiləri ilə müşayiət olunur və tükənmək üzrədir. Bunu Müharibə Araşdırmaları İnstitutu (ISW) ekspertləri yayımladıqları hesabatda bildirib.
Ukraynanın şərqində hücum əməliyyatları 2023-cü ilin payızında başlayıb və fevrada nəhəng itkilər hesabına Avdeyevka ələ keçirilib. Rusiya komandanlığı Xarkov vilayətinə hücum etmək və Donetsk vilayətinin qərbinə doğru irəliləmək üçün operativ qüvvələr formalaşdırıb. Mayda Xarkovda başlayan hücum tez bir zamanda nəticəsiz olub, amma yayda Donetsk cəbhəsində qoşunlar bir-bir kəndi ələ keçirərək Pokrovsk, Çasov Yar istiqamətində irəliləməyə başlayıb və oktyabrın əvvəlində Uqledarı işğal edib.
"Lakin bunlar yalnız cəbhənin ayrı-ayrı hissələrində taktiki uğurlardır və çox böyük itkilərlə əldə edilib", - ISW bildirir.
Təşkilatın ekspertləri bildirib ki, Britaniya hərbi kəşfiyyatının qiymətləndirməsinə görə, maydan bəri Rusiya ordusu üçün ən qanlı dövr olub və ordu hər gün 1000-dən çox itki verib. Donetsk vilayətinin qərbində və cəbhə boyunca uğursuz mexaniki hücumlar həm də böyük zirehli texnika itkilərinə səbəb olub. .
Orta və uzunmüddətli perspektivdə zirehli texnikanın çatışmazlığı daha aydın görünəcək və "Rusiya komandanlığını mexanikləşdirilmiş bölmələrdən bu qədər intensiv istifadə zərurətini yenidən nəzərdən keçirməyə məcbur edə bilər.
"Nəticədə operativ baxımdan əhəmiyyətli uğurlara nail olmaq mümkün olmadı və yəqin ki, gələcəkdə də olmayacaq. Sentyabrda Rusiya qoşunlarının irəliləməsi nəzərəçarpacaq dərəcədə yavaşlayıb. Taktiki uğurlar döyüşlərin baş verdiyi yerlərdə əldə olunur, halbuki operativ uğurlar müharibənin strateji gedişinə təsir edir və cəbhənin böyük hissələrini əhatə edir", - ISW əlavə edib.
Ukrayna qoşunları cəbhə xəttini effektiv şəkildə müdafiə edir, Rusiya qüvvələrini böyük itkilərə məruz qoyur, tədricən mövqelərini təslim edir, lakin düşmənin daha sürətli uğur qazanmasına mane olur... Rusiya qoşunları sonsuz hücum əməliyyatlarını davam etdirmək üçün kifayət qədər insan və maddi resurslara malik deyil və Ukraynanın şərqində Rusiyanın hazırkı hücum əməliyyatları yəqin ki, qarşıdakı aylar ərzində, hətta həftələr ərzində başa çatacaq.
Bu sürətlə davam edərsə, Rusiya ordusu daha bir-iki ay döyüşə bilər, avqustda Avstraliya ordusunun ehtiyatda olan general-mayoru, Sidney Lowy İnstitutu və Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hərbi araşdırmalar üzrə mütəxəssisi Mik Rayan xəbərdarlıq edib.
O vaxt o, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində başlatdığı əməliyyatı nəzərə almayıb.
ISW yazır ki, bu əməliyyat Rusiya komandanlığını Kursk istiqamətinə əsgərlər göndərməyə məcbur edib və Donetsk cəbhəsindəki böyük itkilərlə yanaşı, "Rusiyanın şimal-şərq və şərqdəki hücum əməliyyatlarını davam etdirmə qabiliyyətini zəiflədib."
"Hətta ən böyük və effektiv hərbi təşkilatlar fasiləsiz hücum edə bilməz, və bu qədər çox əsgər itirildikdən sonra Rusiyanın imkan pəncərəsi tezliklə bağlana bilər," – Rayan Foreign Affairs jurnalı yazıb.
N.Təbrizli
www.anews.az