Rusiya təyyarəsi qəzaya uğradı - Türkiyədə

15:25 | 05.12.2016
Rusiya təyyarəsi qəzaya uğradı - Türkiyədə

Rusiya təyyarəsi qəzaya uğradı - Türkiyədə

Rusiya hərbi təyyarəsi Türkiyədə qəzaya uğrayıb.

ANN.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyaya məxsus SU-33 hərbi təyyarəsi Aralıq dənizində qəzaya uğrayıb. "Admiral Kuznetsov” gəmisindən havaya qalxan təyyarə eniş zamanı göyərtəyə düşə bilməyib.

Pilot son anda təyyarədən çıxdığı üçün sağ qalıb. Hadisəni Rusiyanın Müdafiə Nazirliyi təsdiqləyib.

Qeyd edək ki, ötən həftələrdə də Rusiyaya məxsus hərbi təyyarə Türkiyədə qəzaya uğramışdı.
 
Kamil ƏMİRLİ

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM