Rusiyanın mobil operatoru Azərbaycanla danışıq tariflərini artırıb

20:11 | 02.09.2016
Rusiyanın mobil operatoru Azərbaycanla danışıq tariflərini artırıb

Rusiyanın mobil operatoru Azərbaycanla danışıq tariflərini artırıb

Rusiyanın "VimpelCom” mobil operatoru Mərkəzi və Şimal-Qərb federal dairəsinin ərazisində bəzi "qonaq tarifləri”nin qiymətini artırıb.

Oxu.Az xəbər verir ki, bu barədə şirkətin cümə axşamı dərc olunan məlumatında bildirilir.

MDB ölkələrinə "MDB ölkələri - 2013” tarifləri üçün zənglər bir neçə istiqamətlər üçün iki dəfə artırılıb.

Belə ki, Azərbaycana zənglərin 1 dəqiqəsinin qiyməti 9 rubldan (0,22 AZN) 18 rubla (0,44) qədər artırılıb. Həmçinin abunəçilər Qazaxıstan, Gürcüstan və Qırğızıstan ilə 1 dəqiqəlik danışıq üçün 5 rubl deyil (0,12 AZN), 12 rubl (0,29) ödəməli olacaqlar. Eyni zamanda Belarusla da danışıq dəqiqəsinin tarifi 15 rubldan (0,37 AZN) 25 rubla (0,61) qədər bahalaşdırılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb