Rusiyanın Stavropol diyarından Azərbaycana TƏKLİF

12:38 | 25.05.2015
Rusiyanın Stavropol diyarından Azərbaycana TƏKLİF

Rusiyanın Stavropol diyarından Azərbaycana TƏKLİF

Rusiya Federasiyasının Stavropol diyarı Azərbaycana kənd təsərrüfatının müxtəlif sahələri - taxılçılıq, toxumçuluq və cins mal-qara sahəsində əməkdaşlığı təklif edir.

Oxu.Az Kənd Təsərrüfatı Nazirliyinə (KTN) istinadən xəbər verir ki, cümə günü qarşılıqlı müzakirələr üçün kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Rusiya Federasiyasının Stavropol diyarı Hökumətinin sədr müavini Nikolay Velikdanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə, nazir müavini aqrar sektorda aparılan islahatlardan danışıb.

Öz növbəsində, Nikolay Velikdan Azərbaycanın bir neçə emal müəssisələrində olduqlarını, ölkənin iqtisadi yüksəlişinə heyran olduqlarını qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM