Rusiyanın yəhudi icması Jirinovskinin müdafiəsinə qalxıb

09:36 | 06.12.2013
Rusiyanın yəhudi icması Jirinovskinin müdafiəsinə qalxıb

Rusiyanın yəhudi icması Jirinovskinin müdafiəsinə qalxıb

 «Rossiya1» telekanalına müsahibəsi zamanı Vladimir Jirinovski Şimali Qafqazda doğumun məhdudlaşdırılmasını təklif etmişdi.Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, Çeçenistan parlamentinin sədri Dukuvaxi Əbdürəhmanov Dövlət Dumasındakı dinləmələr zamanı Jirinovskinin rus xalqı adından danışmaq haqqının olmadığını söyləyərək, onu «faşist» adlandırmışdı.«RİA Novosti» bildirib ki, onun çıxışı Rusiya Yəhudi İcmasının üzvlərini hiddətləndirib.«Rusiyanın yəhudi icması Çeçenistan Republikası parlamenti başçısının dekabrın 5-də Rusiya Dövlət Dumasında antisemit çıxışından hiddətlənib» - deyə, Rusiya baş ravvinin mətbuat katibi Mixail Lidoqoster deyib.Dumanın milli məsələlər üzrə komitəsinin sədri Hacımət Səfərəliyevin Əbdürəhmanova irad tutmamasından da icma təmsilçiləri rahatsız olduqlarını vurğulayıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb