Ruslar itirdi, NASA tapdı - "Qırmızı planet"dən pis xəbər

19:38 | 22.10.2016
Ruslar itirdi, NASA tapdı -

Ruslar itirdi, NASA tapdı - "Qırmızı planet"dən pis xəbər

İki gün əvvəl Marsın atmosferinə girdikdən sonra yoxa çıxan "Schiaparelli” aparatı qəzaya uğrayıb.

ATV.az-ın məlumatına görə, NASA-nın planetdə çəkdiyi son şəkillər bunu deməyə əsas verir. Bildirilir ki, cihaz Marsa enməyə 2-4 kilometr qalmış nəzarətdən çıxaraq, planetin səthinə çırpılıb. Böyük ehtimalla, zərbənin təsirindən partlayan aparat parçalara ayrılıb.

Güman edilir ki, cihaz Mars planetinə nəzərdən tutulduğundan daha tez çatıb. Qəzaya bu amilin səbəb ola biləcəyi güman edilir.

Qeyd edək ki, Avropa və Rusiya Kosmik Agentlikləri Marsda həyat izlərini araşdırmaq üçün birgə "Ekso Mars” adlı layihə hazırlayıb. "Schiaparelli” aparatı "qırmızı planet"ə bu məqsədlə göndərilmişdi. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM