Rövnəq Abdullayev Avro-2020-dən danışdı

23:00 | 19.09.2014
Rövnəq Abdullayev Avro-2020-dən danışdı

Rövnəq Abdullayev Avro-2020-dən danışdı

"2020-ci ildə təşkil olunacaq Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar hər birimiz üçün çox sevindiricidir. Bu münasibətlə ölkəmizin bütün futbolsevərlərini təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.Bu gün UEFA-nın İcraiyyə Komitəsinin iclasında Avro-2020-nin final mərhələsinin 4 oyununun Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub. Abdullayev AFFA-nın rəsmi saytına açıqlamasında bu qərarla bağlı fikirlərini bildirib: “Bakının Avropanın 13 ən inkişaf etmiş şəhərləri sırasına düşməsi, paytaxtımızda qitənin mötəbər turnirinin oyunlarının keçirilməsi ölkəmizin idman həyatında əlamətdar hadisədir, hər birimizin uğurudur və inanıram ki, bu, idmanın inkişafına öz töhfəsini verəcək. Avropa çempionatı kimi nüfuzlu bir turnirin oyunlarına ev sahibliyi etməyimiz Respublika Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidir. Bir daha ölkəmizin futbolsevərlərini və möhtərəm Prezidenti bu əlamətdar hadisə münasibətilə təbrik edirəm".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb