Saakaşvili üçün "rahat" həbsxana hazırlayırlar

11:59 | 30.09.2016
Saakaşvili üçün

Saakaşvili üçün "rahat" həbsxana hazırlayırlar

Saakaşviliyə Gücüstana qayıdacağı təqdirdə "rahat" həbsxana ilə təmin olunacağına söz verdilər

ANN.Az-ın xəbərinə görə, bir müddət öncə Gürcüstanın daxili işlər naziri bildirib ki, Saakaşvili respublika ərazisini keçən kimi saxlanılacaq.

Gürcüstanın sabiq baş naziri milyarder Bidzina İvanişvili bəyan edib ki, Saakaşvilini "rahat həbsxana" gözləyir.

Xatırladaq ki, gürcü siyasətçisi və 2004-2013-cü illərdə Gürcüstan Respublikasının Prezidenti olub. 2003-cü ilin oktyabrında Gürcüstanda baş vermiş qızılgül inqilabının əsas ideya müəllifi olmuş və 15 yanvar 2004-cü ildə prezident səçkilərinin nəticələrinə əsasən Gürcüstan Respublikasının Prezidenti seçilmişdir. 5 yanvar 2008-ci ildə növbədənkənar seçkilərdə yenidən qələbə qazanıb.

2013-cü ildə Gürcüstan prezidenti vəzifəsini başa çatdıran Saakaşvili bir müddət Avropa və ABŞ-da hüquq sahəsində çalışdıqdan sonra Ukraynaya yollanıb. 2014-2015 Ukrayna siyasi mühitində mühüm rollardan birini oynayan Mixeil Saakaşvili Petro Poroşenko tərəfindən Odessa vilayətinin qubernatoru təyin edilib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb