Saakaşvilinin son görüntüləri yayılıb - FOTOLAR

14:44 | 01.02.2023
Saakaşvilinin son görüntüləri yayılıb - FOTOLAR

Saakaşvilinin son görüntüləri yayılıb - FOTOLAR

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin Tbilisidə müalicə aldığı klinikadan yeni görüntüləri yayılıb.
 
Gürcü siyasətçinin fotolarını rusiyalı müxalif siyasətçi və hüquq müdafiəçisi Mark Feygin öz feysbuk hesabında paylaşıb.
 
Fotolarda Saakaşvilinin köynəyinin üzərində "I'm Ukrainian” (Mən ukraynalıyam) yazısı diqqət çəkib.

Məhkəməyə onlayn qatılan Saakaşvili hakimə vəziyyətinin ağır olduğunu söyləyib və adekvat müalicə tələb etdiyini bildirib:

"Mən bütün biliyimi Gürcüstana vermişəm... Lazım olsa, canımı da verərəm. İndi tək xahişim odur ki, mənə müalicə almaq imkanı verilsin. Çünki vəziyyətim kəskin şəkildə pisləşib".
 
Bu gün Tbilisi Şəhər Məhkəməsində Saakaşvilinin məhkəməsi keçirilir. Saakaşvili iclasa müalicə aldığı klinikadan onlayn qoşulub. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb