Sabah Azərbaycana qar yağacaq

18:33 | 23.11.2014
Sabah Azərbaycana qar yağacaq

Sabah Azərbaycana qar yağacaq

Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, şimal küləyi 15-20 m/s, gecə və səhər arabir 25-30 m/s-dək güclənəcək. Temperaturun gecə və gündüz 4-7° isti, Bakıda gecə və gündüz 5-7° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Bölgələrdə hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, bəzi yerlərdə 3° isti, gündüz 4-9° isti olacağı gözlənilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb