Sabah İmişlidə qaz olmayacaq

18:02 | 24.09.2024
Sabah İmişlidə qaz olmayacaq

Sabah İmişlidə qaz olmayacaq

Sabah İmişli rayonunda 8 931 abonentin qaz təchizatı dayandırılacaq.Bu barədə "Azəriqaz” İB-dən məlumat verilib.

Məlumata görə, sentyabrın 25-də saat 09:00-dan etibarən işlər yekunlaşanadək İmişli şəhər mərkəzi, 7 kəndində - Yalavac, Şəkərli, Cəfərli, Muradxanlı, Əliqullar, Oruclu, Ağaməmmədli kəndlərində qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatının dayandırılması "İmişli 1” qaz ölçü qovşağından qidalanan diametri 315 mm və diametri 160 mm-lik PE orta təzyiqli qaz kəmərlərində kipliyin sınağı məqsədilə əlaqədar olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM