Sabaha olan hava proqnozu

18:27 | 05.08.2014
Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Avqustun 6-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 27-28, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 28-29 dərəcə isti təşkil edəcək.Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Qərb küləyi əsəcək. Ayrı-ayrı yerlərdə arabir güclənəcəkHavanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM