Sabahdan parlamentdə gələn ilin büdcə müzakirələrinə başlanılır

11:09 | 05.12.2016
Sabahdan parlamentdə gələn ilin büdcə müzakirələrinə başlanılır

Sabahdan parlamentdə gələn ilin büdcə müzakirələrinə başlanılır

Sabahdan başlayaraq üç gün ardıcıl Milli Məclisin plenar iclası keçiriləcək.

ANN.Az "Report”a istinadən xəbər verir ki, iclasda Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə ediləcək.

Büdcə zərfinə "2017-ci il dövlət büdcəsi haqqında”, "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.

Müzakirələr dekabrın 8-də başa çatacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM